bar 1bar 1bar 104 sudvezi xercenqi

bulgularDöş ağrısı qadınlar arasında çox tez-tez rastlanan bir şikayətdir: hər 3 qadından 2-si arada bir döş ağrısı çəkir.  Xəstələrin bir çoxu həkimə getmir, ancaq üç nəfərdən biri ginekologa və ya döş xəstəlikləri üzrə mütəxəssis olan ümumi cərraha müraciət edir.

Döş ağrıları kontraseptiv dərmanlar istifadə edən qadınlarda daha az problem yaradır,  siqaret çəkənlərdə, çox qəhvə içənlərdə və davamlı stres altında yaşayan qadınlarda isə daha tez-tez rastlanır. Xəstələrin az bir hissəsi müalicəyə ehtiyac ola biləcək dərəcədə ağrı çəkir. Həkimə müraciət edənlər daha çox xərçəng qorxusu ilə gəlirlər. Xərçəng olmadığının ortaya çıxması belə xəstələrin bir çoxunun rahatlamasına və şikayətlərini daha az hiss etmələrinə səbəb olur.

Döş ağrısı həkimə müraciət etmə səbəblərinin ən başında gəlir. Birinci səbəb döş ağrısı, digər səbəb isə döşdə bir kütlənin əl ilə hiss edilməsidir. Hər ikisi də xəstələri bizə gətirdiyi üçün və xəstələrin həkim tərəfindən və radioloji müayinələrini həyata keçirməyimizə imkan verdiyi üçün çox qiymətlidir. Döşdə əl ilə hiss edilən kütlələrin ancaq 10%-i süd vəzisi xərçəngi çıxır. Döş ağrısı ilə müraciət edən xəstələr arasında süd vəzisi xərçəngi rastlanma tezliyi daha azdır.

Döş ağrısını 3 qrupa ayıra bilərik: arada baş qaldıran döş ağrıları, hər zaman narahat edən döş ağrıları və döş xaricində olan döş qəfəsi ağrıları. İlk iki qrup ağrılar süd vəzisi toxuması mənşəlidir, üçüncü qrup isə daha çox döş qəfəsi divarı əzələ və oynaq sistemi mənşəlidir. Bu ağrıları bir-birindən ancaq diqqətli bir müayinə ilə ayırmaq mümkündür.

Ağrının xüsusiyyəti çox vacibdir: aybaşı dövrləri ilə əlaqəsinin olub olmadığı, nə tezliklə yaşandığı, nə qədər çəkdiyi, necə keçdiyi kimi sualların cavabları ağrının diaqnostikası baxımından həkim üçün vacib məlumatlardır.

 

Döş ağrısı üçün tədbirlər və müalicələr:

Döş ağrısı çəkən xəstələrin çoxu bunun səbəblərini öyrəndikdən sonra və özündə heç bir problem olmadığını anlayanda rahatlayır. Sadəcə xəstələrin 3%-nin ağrı şikayətləri tibbi müalicə tələb edir.

Bəzi tədbirlər ilə xəstələrin döş ağrılarını daha asan keçirmələri mümkündür: Xüsusilə bərk byustqalter istifadə etmək, ağrılı vaxtlarda, gecələr də çıxarmamaq xəstələrin böyük hissəsini rahatlaşdırır. Aybaşıdan əvvəlki dövrdə döşlərdə ödem olduğuna görə xüsusilə bu dövrdə su ve duz qəbulunu azaltmaq, hətta lazım gəlsə, sidikqovucu dərmanlardan istifadə etmək faydalıdır.

Döş ağrısı olan xəstələrin siqaret istifadə etməmələri, qəhvəni kəsmələri və ya azaltmaları da ağrıları azaldacaq. Elmi tədqiqatlarda, pəhrizdəki yağ səviyyəsinin azaldılmasının da ağrını uzun müddətlik azaltdığı göstərilmişdir.

Döş ağrısı olduğu vaxtlarda sadə ağrıkəsicilərdən istifadə edilə bilər. Daha ciddi dərmanların istifadəsi üçün xəstənin ən az 6 aydır davam edən və gündəlik həyat komfortunu pozan ağrısı olmalıdır. Istifadə olunan dərmanların tərkibində hormon olduğuna görə və ya bədəndəki hormonlar üzərində nizamlayıcı təsiri olduğuna görə ciddi yan təsirlərə malikdir: ürək bulanması, depresiya, aybaşı pozğunluğu, baş ağrısı, səsin qalınlaşması və tüklənmə kimi.

Ağrılı dövrdə mammoqrafiya çəkdirib sonra isə mammoqrafiyanın ağrılı olduğundan şikayət etmək, bu yersiz qorxunun cəmiyyətdə yayılmasına vasitəçi olmaq, hətta bu qorxu səbəbi ilə həyatında heç vaxt mamoqrafiya çəkdirməmiş və inkişaf etmiş dərəcədə gecikmiş süd vəzisi xərçəngi ilə bizə müraciət edən xəstələrin məsuliyyətinə ortaq olmaq deməkdir. Bu mövzunun sosial bir məsuliyyət olduğunu unutmayaq: ağrılı dövrlərdə mammoqrafiya cəkdirməyək.

Ağrılı dövrlərdə mammoqrafiya çəkdirilməməsinə diqqət göstərmək lazımdır. Mammoqrafiya təcili bir müayinə metodu olmadığına görə aybaşı bittikdən sonra çəkildiyi zaman həm nəticələr daha doğru olacaqdır; həm də çox rahat və komfortlu bir müayinə həyata keçiriləcəkdir.


Comments  

 
-1 #21 Dr Hamdi Koçer 2017-02-15 09:40
Aynur
Bir rahatsızlık hissediyorsan eğer hekime başvurup muayene olmalısın. Hastalığın olup olmadığını ancak bu şekilde anlayabilirsin.

Quoting Aynur:
Salam hekim menim her iki doşumde agrilar olur. Ela berk agrimir ela bil sancir. Eyniyle aybasiya yaxin olan agrilar kimi. Amma aybasi vaxtim deyil. Berkleşmede olur. Sag doşumde agri daha cox hiss edirem. En çox seher tezden duranda hiss edirem. Men 22 yasindayam bir uşagim var. Sineme ela bil indi sud geler. Kecen ay 2 gun aybasi gecikmem oldu sonra aybasi oldum. Cox xaiş edirem sualima cavab verardiz bular her hansi xestelikden ola bilermi? İndiden teşekkur edirem
Quote
 
 
+4 #20 Aynur 2017-02-14 18:37
Salam hekim menim her iki doşumde agrilar olur. Ela berk agrimir ela bil sancir. Eyniyle aybasiya yaxin olan agrilar kimi. Amma aybasi vaxtim deyil. Berkleşmede olur. Sag doşumde agri daha cox hiss edirem. En çox seher tezden duranda hiss edirem. Men 22 yasindayam bir uşagim var. Sineme ela bil indi sud geler. Kecen ay 2 gun aybasi gecikmem oldu sonra aybasi oldum. Cox xaiş edirem sualima cavab verardiz bular her hansi xestelikden ola bilermi? İndiden teşekkur edirem
Quote
 
 
0 #19 Könul 2016-11-02 23:58
Selam. Mende ay basindan önce dosumde agrilar olur cox berk agriyir. Xestelenden sora agrilar kecir olmayir. Zehmet olmasa cavablandirasiz ? Once tesekkurler.
Quote
 
 
-2 #18 Dr Hamdi Koçer 2016-10-04 12:56
Evet mutlaka hekime müracaat etmelisiniz.
Geçmiş olsun.

Quoting Ulviyya:
Salam hekim. Sinemde tez tez sancilar olurdu. Sinenin alt hissesinde nece gundu ki dayanmadan sancir. Ama baxiram hec bir siskinlik maye gelmek falan yoxdu. Hekime muraciet etmeliyem? Ciddi bir sey ola biler?
Quote
 
 
+2 #17 Ulviyya 2016-10-03 23:04
Salam hekim. Sinemde tez tez sancilar olurdu. Sinenin alt hissesinde nece gundu ki dayanmadan sancir. Ama baxiram hec bir siskinlik maye gelmek falan yoxdu. Hekime muraciet etmeliyem? Ciddi bir sey ola biler?
Quote
 
 
-3 #16 Dr Hamdi Koçer 2016-09-29 10:52
Kistalar döş kanserine dönüşmez.

Quoting Afag:
Merhaba doktor sizden bi konu hakta bilgi istiyorum benim kayinvalidem dos kistasindan rahatsiz doktorlar eyer ameliyyat olummazsa dos kanserine cevrilir demiwler
Quote
 
 
0 #15 Afag 2016-09-23 15:50
Merhaba doktor sizden bi konu hakta bilgi istiyorum benim kayinvalidem dos kistasindan rahatsiz doktorlar eyer ameliyyat olummazsa dos kanserine cevrilir demiwler
Quote
 
 
-1 #14 Dr Hamdi Koçer 2016-05-05 17:27
Anonim xanım,

süd vezinde giladan kan gelmesi, xerçenge bağlı olabilir veya mastit ya da papilomalarda görülür. Xerçengden ayırd etmek için muayene olmanız ve tetkikler yağılması gerekir.

Quoting Anonim xanım:
Hörmətli Doktor mən 1985-ci il də doğulmuşam 2uşaqım var
son 8 ayda menim sol dosumde qan gelir ağrılar var indide güclü sancı verir qızarır bide isti olur sizdən çox xahiş edirəm ki,bu hansı xəstəliyin əlamətidirsə mənə məlumat verəsizin bunuda bildirim ki müayinəyə getməmişəm və əlamətlər haqqında heç bir diaqnostika yoxdu
Quote
 
 
0 #13 Anonim xanım 2016-05-05 15:37
Hörmətli Doktor mən 1985-ci il də doğulmuşam 2uşaqım var son 8 ayda menim sol dosumde qan gelir ağrılar var indide güclü sancı verir qızarır bide isti olur sizdən çox xahiş edirəm ki,bu hansı xəstəliyin əlamətidirsə mənə məlumat verəsizin bunuda bildirim ki müayinəyə getməmişəm və əlamətlər haqqında heç bir diaqnostika yoxdu
Quote
 
 
0 #12 Nezrin 2015-12-06 13:01
Salam.Dr.Hamdi bey,menim her 2 dowumde küt agrilar olur.Toxunduqda bele agriyir.Hekime getmemişem qorxuram ki pis nese olar.Siz ne meslehet verirsiniz.Men hansi hekime getmeliyem?
Quote
 
 
+6 #11 Dr Hamdi Koçer 2014-11-24 09:01
Medikal Plaza (Gençlik tarafında) İlahe hekim var radyolog doktor Türkiyeden tahsilli. Onun qabulune gidin uzi ile baksın.

Quoting xeyale:
salam doktor.bir nece gundur bir dosumde agrilar var.evveller aybasiya yaxin her iki dosumde olurdu indi adi zamanda bir dosumdedi.elle yoxladim sis falan yoxdu.ama agri azalmir qorxuram hekime gedib pis cavab esideceyimden.anam da dos xercenginden emeliyyat olub.ne ede bilerem?
Quote
 
 
-3 #10 xeyale 2014-11-24 06:07
salam doktor.bir nece gundur bir dosumde agrilar var.evveller aybasiya yaxin her iki dosumde olurdu indi adi zamanda bir dosumdedi.elle yoxladim sis falan yoxdu.ama agri azalmir qorxuram hekime gedib pis cavab esideceyimden.anam da dos xercenginden emeliyyat olub.ne ede bilerem?
Quote
 
 
-1 #9 Yusifova Aygun 2014-10-30 10:20
Salam Hamdi bey.Sizin kimi Hekim var olsun.Ve Aygun xanim bir kelme demek isterdim size.Muselmana yaxsiliq yoxdu sozin kimilere ele Bakidaki savadsiz celladlar lazimdiki hem canizi hemde puluzu alsin.
Quote
 
 
+1 #8 Dr Hamdi Koçer 2014-09-16 14:58
Çok haklısınız Aygün hanım.

Allah size şifasız dertler vermesin, hariçlerde derman mualice aramak zorunda bırakmasın. Azeri meslektaşlarımı n sevgisi, şefkati ve bilgisi size yetecektir. İçiniz belli ki, insan sevgisi ile dopdolu zaten.

Saygılar.

Quoting Aygun:
Niye goymurlarki ?cunki bura gelib burdakilarida pisleyirsiz,siz e eger orda telebat varsa bura onda niye gelirsiz?orda ozune yer tapmiyan hekimler ancag bura gelir!
Quote
 
 
+4 #7 Aygun 2014-09-16 10:18
Niye goymurlarki ?cunki bura gelib burdakilarida pisleyirsiz,siz e eger orda telebat varsa bura onda niye gelirsiz?orda ozune yer tapmiyan hekimler ancag bura gelir!
Quote
 
 
+3 #6 Dr Hamdi Koçer 2013-09-28 18:57
Lale hanım Azerbaycandaki uzi raporlarını ve konan diagnozları ben de anlamıyorum. Ayrıca çok da hatalı terim ve raporlar oluyor. Daqiq cevap almak isterseniz buraya gelin İstanbulda bakalım.

Quoting Lale:
Salam. Menim dowumde bir ildi kitle var. 11.2 olcude. Son bir aydi agrilarim olur davamli . Sanci , qawinma kimi agrilar. Bu qorxulu deyil? Muayine olundum mastopatiya , odinoma Ve ya fibroadinoma dediler . Bu ne demekdi? Tewekkur edirem

[quote name="Lale"]Salam. Menim dowumde bir ildi kitle var.
Quote
 
 
-8 #5 Lale 2013-09-28 18:26
Salam. Menim dowumde bir ildi kitle var. 11.2 olcude. Son bir aydi agrilarim olur davamli . Sanci , qawinma kimi agrilar. Bu qorxulu deyil? Muayine olundum mastopatiya , odinoma Ve ya fibroadinoma dediler . Bu ne demekdi? Tewekkur edirem
Quote
 
 
0 #4 Suzanna 2013-07-25 02:48
salam Dr. mende kecen il mastopatiya diaqnozu qoyuldu sag dowumde balaca 2 mm kista var, bele deywetli agrilar olmur herden aybawiya yaxin hezin agrilar olur birde aybawidan bitende 3-4 gun, mene burda bir hekim bir torba derman yazdi 2 ay qebul eledim, dermanlari qebul eliyende agrilar daga cox olurdu nese ))) sizin video portallarinizi izledim dediz ki mastopatiya hastalik deyil onu mualice elemek ehtiyac yoxdu memenin normal kurluwudu onnan sonra dermanlari dayandirdim vallah ne yalan deyim agrilarim yoxdu herden oda dediyim kimi aybawi vaxtinda hamida nece mende de ele hezin agrilar olur ve kecir, refiqemde de mastopatiya oldu o helede derman icir ne qeder deyirem bow icme bunlari hansisa hekim onun beynin doldurub gic informasiyalarn an qorxudub ))
Quote
 
 
+4 #3 humay 2013-06-13 15:04
Bakiya tezlikle gelmeyinizi xahis edirem.Buradaki hekimlere yoxlanmaqdan qorxuram.Heyatimi celladlara etibar ede bilmerem.
Quote
 
 
+4 #2 Dr Hamdi Koçer 2013-06-05 08:41
Oradakiler komuyor Baküye geleyim; hastalar artık İstanbula geliyor. Hastalarımı burada qabul ediyorum.

Quoting zəminə:
Bakıya gəlməyinizi xahiş edirəm burdakılar çox savadsızdı
Quote
 
 
+3 #1 zəminə 2013-06-04 10:17
Bakıya gəlməyinizi xahiş edirəm burdakılar çox savadsızdı
Quote
 

Add comment


Security code
Refresh

  • Fibroadenomalar süd vəzinin son dərəcə zərərsiz xoş xassəli sişlərindəndir.

    Fibroadenomaların yaranma səbəsi bilinmir, amma daha çox gənc qızlarda və qadınlarda olduğunu bilirik.
    18-25 yaş arası fibroadenomalar tez-tez yaranır. 30-35 yaşdan sonra yenisi yaranmaz.
  • USM ilə içi maye dolu kistalardan asan ayrıla bilər. Təcrübəli mütəxəssis USM həkimi kista ilə fibroadenomanı 100% ayırd edə bilər.

    Təcrübəli mütəxəssis USM həkimi fibroadenoma ilə xərçəngi əsasən ayırd edə bilir.
    Bəzən fibroadenoma ilə xərçəngi bir-birindən ayırd etmək çətin ola bilər.
  • Biz fibroadenoma ilə xərçəngi bir-birindən ayırd edə bilmədiyimiz zaman dəqiq diaqnoz üçün ya iynə biopsiyası edərik, ya da əməliyyat vasitəsilə çıxarırıq.
  • USM-də fibroadenomaya bənzəyirsə, əməliyyat və ya iynə biopsiyasına ehtiyac yoxdur. USM ilə 6 ayda bir izləmək lazımdır.

    USM-də fibroadenomaya bənzəməyən şübhəli kütlələri çıxarmaq və ya iynə biopsiyası ilə nümunə almaq lazımdır.
  • Fibroadenomaları müalicə etmək üçün əməliyyat etmirik, xərçəng ilə qarışmasın deyə əməliyyat edib patoloji-anatomik analizə göndəririk.

    Mütəxəssis bir USM həkimi ilə mamoloq birlikdə izlədiyi xəstənin süd vəzisində fibroadenom, yoxsa xərçəng olduğunu 90% doğru anlayır.
Hal-hazırda :
 27 qonaq saytdadır