Muayine

Bakı Müayinə Axın siyahısı
Müayinə günü təyin etmək üçün:
Dr Hamdi Koçer'in Bakı şəhərindəki müayinə siyahısına yazılmaq, həkimin Bakıya gəliş tarixlərini öyrənmək üçün 077 320 6000 nömrəli telefondan Koordinatorlarımız Xəyalə Mustafayeva və ya Günəş Məmmədova ilə görüşə bilərsiniz.

Müayinə günü alarkən lütfən bu məlumatları da verin: yaşınız, şikayətiniz (süd vəzisində  ələ gələn kütlə, döş başı axıntısı, döş ağrısı, süd vəzi dərisində yara, mastopatiya, qoltuqaltında  altında linfa), daha əvvəl biopsiya və ya döş əməliyyatı olmusunuz mu? Sizinlə əlaqə yarada biləcəyimiz bir telefon nömrənizi də verməyiniz xahiş olunur.

Müayinə günü aldıqdan sonra əgər yaşınız 40 –dan çoxdursa  və son 1 il ərzində mamografiya çəkdirməmisinizsə mütləq mamografiya çəkdirin  və yanınızda gətirin. Yaşınız 35-40 arasındadırsa və heç çəkilməyibsə  bir mamografiya çəkdirməniz gərəklidir. Bakıda rəqəmsal mamografiya çəktirəbiləcəyiniz ən yaxşı iki cihaz: Milli onkoloji xəstəxanası ilə Mərkəzi Klinika ambulatoryasındadır.

Xəstəxananın ünvanı:
Xəstəxanamız BAKU MEDİCAL PLAZA xətai rayonu Babək  prospekti 92 №-də yerləşir.

Xəstəxanada qarşılanmaq:
Xəstəxanadan girişdə məsləhətləşmə hissəsində xəstəxana işçiləri sizi qarşılayacaq. Ödəməniz alındıqdan sonra İstanbulda Müalice koordinatoru yanınıza gəlib fərdi məlumatlarınızı ehtivat edən sizin müayinə kartı dolduracaq.


Müayinənin gedişatı:
UZİ tədqiqi və BIRADS siniflənməsi:
Daha əvvəl edilmiş UZİ nəticələrinizi də özünüzlə gətirə bilərsiniz . Bunları yanınızda gətirsəniz, radyoloji həkimi Türkiyədə təhsil almış olan Dr İlahə xanım edəcək  və Dr Hamdi Koçer bunlara baxacaq. UZİ bizim üçün müayinənin tamamlayıcı bir hissəsidir.
UZİ hesabatlarını İstanbulda Müalice həkimləri bütün dünyadakı kimi BIRADS siniflənməsinə  görə edər. BIRADS 1 normal tapıntılar, BIRADS 2 yaxşı xasiyyətli amma xüsusi təqib tələb etməyən tapıntılar, BIRADS 3 xəstənin normaldan daha tez-tez aralıqlar təqibi lazımlı, BIRADS IV isə iynə biopsiyası etmək lazım mənasını verər.

Biyopsiya:
Süd vəzinizdə şübhəli kütlə və ya bölgə olduqda, qəti diaqnoz üçün mütləq biopsiya etmək lazımdır. Köhnədən biopsiya cərrahi olaraq həyata keçirilir və kütlə tamamilə çıxardırılırdı.  Tibbimizin müasir zəmanəsində isə biopsiyanı QALIN İYNƏ ilə edirik. Amerika malı, bu iş üçün xüsusi çıxarılmış məxsus iynələr ilə xəstə heç ağrı hiss etmədən bu biyopsiyanı da asanca edirik.

Biyopsiyanın nəticəsi:
Biyopsi ilə alınan parçalar Doktorlarımız tərəfindən İstanbula aparılıb, tədqiqlər İstanbulda Tuzlalı Patoloji Klinikasında etdirilməkdədir. Nəticələr 3 gün içində çıxır və sizə əvvəl mail olaraq yollanır, məlumat verilir. Hesabatları 1 həftə içində yazılı olaraq da sizə çatdırılır.
Qalın iynə biopsiyası nəticələri, UZİ ilə birlikdə edildiyində, cərrahi biopsiya qədər etibarlıdır. Üstəlik cərrahi biyopsiyadan daha asan və ucuzdur. Xəstəni gərəksiz bir əməliyyatdan qurtarar.

Ödənişlər:
Müayinə ödənişi: 60 AZN
UZİ: 40 AZN

Add comment


Security code
Refresh