Həkimlər


Dr. Hamdi Koçer
Dr. Hamdi Koçer
Ümumi Cərrah


1962-ci ildə İstanbulda dünyaya gəlmişdir. Orta məktəbi və Liseyi Kadıköy Maarif Kolleci ya da yeni adı ilə İstanbul Anadolu Liseyində bitirmişdir. İstanbul Tibb Fakultəsində oxumuşdur. 10 il Ümumi Cərrah olaraq işləmişdir.

İxtisas aldıqdan sonra, Heydərpaşa Nümunə Xəstəxanası Organ Transplantasiyası Mərkəzinin qurulma müddəti və həyata keçirilən ilk transplantasiya əməliyyatlarında işləmişdir.  Sonra isə Kartalda yerləşən Lütfi Kırdar Təhsil və Araşdırma Xəstəxanasına keçmişdir. Burada işlədiyi zaman ərzində əvvəlcə 2 ay Paris Paul Brousse Xəstəxanasında Qaraciyər və Öd yolları cərrahiyəsi klinikasında, sonralar isə təxminən 1 il Nürnberg Erlangen Frederich Alexander Üniversitetində ümumi cərrahi klinikada işləmişdir.

Səhiyyə Nazirliyindəki vəzifəsindən 1998-ci ildə istefa etmiş və İstanbul Cərrahiyə Xəstəxanasına keçmişdir. İstanbul Cərrahiyə Xəstəxanasında 10 il  ümumi cərrahiyə mütəxəssisi olaraq işləmişdir. 2007-ci ildə Jinemed Xəstəxanasına keçmişdir və son 2 ildir ki, bu xəstəxanada işləyir.

20 ildir həvəskar olaraq fotoqrafçılıqla məşğuldur. Əsasən içində insanlar olan şəkillər çəkir. Off Road və Təbiət İdmanları hobbiləri arasındadır.

Evli olan Hamdi Koçərin bir qızı var.

HP0001








Bu sened Dr Hamdi Koçer 'in, " Amerikan Sud vezi Cerrahları Birliyi"nin uzvu olduğunu ve sud vezisi emeliyyatlarını etmeye beynelxalq icazesi olduğunu gösterir.
















Dr. Ayşe Özatılgan
Dr. Ayşe Özatılgan
Radiasiya Onkologiyası Mütəxəssisi


İzmirdə dünyaya gəlmişdir.

İzmir Amerikan Kız Kolleci və Ege Üniversitetinin Tibb Fakultəsini bitirmişdir.

Sorbonne-də fransızca öyrəndikdən sonra Fransada radİasiya onkologiyası ixtisasını aldı.

Paris İnstitut Gustave Roussy və Dijon J.F.Leclerc Xərçəng Mərkəzlərində hər birində 2 il işləmişdir.

ABŞ'da İndianapolis Methodist Hospital Radiasiya Onkologiyası Xidmətində bir il işlədikdən sonra vətəninə qayıdaraq İstanbul Metropolitan Florance Nightingale Xəstəxanası Radiasiya Onkologiyası Xidmətinin qurulma işlərində iştirak etmiş və Kadir Has Universitetində Müəllim olaraq işləmişdir.

Döş xərçəngi mövzusunda işləyən vətəndaş-cəmiyyət təşkilatlarında iştirak etmişdir.

Dünya və Osmanlı tarixinə qarşı böyük marağı var və Dəfnə, Yasəmən, İpək və bir Japanese Spitz olan Aresə analıq edir.

 


 

dr-ilaha-atakisiyeva

İlahə Atakişiyeva

Radioloji uzmanı

1985 – ci ildə Bakı şəhərdində dünyaya gəlmişdir.2003 – cü ildə orta məktəbi bitirmiş,həmin ildə Bakı şəhərində Odlar Yurdu Universitetin  Tibb Fakültəsinin Müalicə işi profilaktikası bölməsində oxumuşdur.2009 – cu ildə Tibb fakültəsinin müalicə işi profilaktikasını bitirərək Diplom almışdı. 2006 – 2009 cu illərdə  Bakı şəhərində yerləşən  Prof. Ə.F.Qarayev adına 2 saylı kliniki uşaq  xəstəxanasının Somatik Reanimasiya şöbəsində gecə növbəsində tibb bacısı vəzifəsində işləmişdir.2009 – 2010 cu ildə Oksigen Kliniki Xəstəxansında Radiologiya bölümündə Həkim interna vəzifəsində işləmiş və Səhiyyə Nazirliyinin Tibb Universiteti tərəfindən Radiologiya ixtisası üzrə Sertifikat almışdır.Universitetdə oxuduğu müddətdə Tələbə Elmi Cəmiyyətinin  Sədir müavini olmuşdur.2009 – cu ildə Ali Məktəb Tələbələrinin   XXI  Respublika Elmi Konfransında elmi məruzə ilə çıxış etmiş, Diploma layiq görülmüşdür. İki elmi əsəri , 25 məqalənin müəllifidir.2010 – 2011 ci illərdə 1 il müddətində Türkiyənin Antaliya şəhərində Akdeniz Üniversitetinin Hastanesinin Radioloji Anabilim dalı şöbəsində Həkim stajor vəzifəsində işləyərək  , çoxlu sayda xəstəliklərin ilkin və gedişatını araşdırmışdı.Olduğu dövürdə xəstəxana daxilində keçirilən seminarlarda iştirak etmişdir.Hal hazırda Bakı şəhərində  Həkim Radioloq kimi fəaliyyət göstərir.

13 ildir ki, antik əşyalarla maraqlanır və ən sevdiklərindən kolleksiya hazırlayır.Sərbəst vaxtlarında rəsim əsərləri ilə məşqul olur.Subaydır.

Add comment


Security code
Refresh