Süd Vəzisinin Tamamilə Alınması: Mastektomiya
Bəzən süd vəzisinin tamamilə alınması lazım gələ bilər. Aşağıdakı hallarda mastektomiya əməliyyatı daha uyğundur.
- Kütlə böyük, süd vəzisi kiçik olduğu zaman,
- Kütlə süd vəzisinin tam ortasındadırsa,
- Xərçəng hüceyrələri süd vəzisində birdən çox yerdədirsə,
- Radioterapiya imkanı yoxdursa,
- Süd vəzisi toxumasında DCIS sahələri tapıldığı zaman.
Müxtəlif mastektomiya növləri:
- Sadə mastektomiya: süd vəzisi toxuması, döşlərin dərisi və döş başı birlikdə çıxarılır.
- Modifikasiyalı radikal mastektomiya, əzələlərin sadəcə ön fassiyasının çıxarılıb əzələnin yerində qaldığı xərçəng əməliyyatlarıdır.
- Radikal mastektomiyada süd vəzisi toxumasının altındakı əzələlər də əməliyyat zamanı çıxarılır (bu metod artıq istifadə edilmir).
- Mastektomiya əməliyyatında aparılan kəsik sternum sümüyünün kənarından (döş sümüyü) qoltuqaltına qədər uzanır və dəri altına qoyulan estetik tikişlər sayəsində əməliyyatdan sonra çox nazik bir xətt kimi iz qalır.
- Mastektomiyadan əvvəl döş rekonstruksiyası üçün əvvəlcədən cərrahınızla danışmalısınız. Bəzi uyğun hallarda mastektomiya ilə eyni seansda yeni döş yaradılması da mümkün ola bilər. Bəzi hallarda isə yeni döş düzəltmək üçün təxminən 1 il gözləmək lazım gələ bilər. Bunun kimi variantların əvvəlcədən düşünülüb planlaması daha yaxşı olacaq.
- Həkiminiz əməliyyatdan sonra xərçəngin yenidən təkrarlana biləcəyini düşündüyü zaman mastektomiyadan sonra radioterapiyanın aparılması lazım gələ bilər. Radioterapiyanın aparılacağı xəstələrdə də döş rekonstruksiyasının gec dövrdə aparılması doğru olacaqdır.