bar 1bar 1bar 104 sudvezi xercenqi

Bəzən süd vəzisinin tamamilə alınması lazım gələ bilər. Aşağıdakı hallarda mastektomiya əməliyyatı daha uyğundur.

  • Kütlə böyük, süd vəzisi kiçik olduğu zaman,
  • Kütlə süd vəzisinin tam ortasındadırsa,
  • Xərçəng hüceyrələri süd vəzisində birdən çox yerdədirsə,
  • Radioterapiya imkanı yoxdursa,
  • Süd vəzisi toxumasında DCIS sahələri tapıldığı zaman.

Müxtəlif mastektomiya növləri:

  • Sadə mastektomiya: süd vəzisi toxuması, döşlərin dərisi və döş başı birlikdə çıxarılır.
  • Modifikasiyalı radikal mastektomiya, əzələlərin sadəcə ön fassiyasının çıxarılıb əzələnin yerində qaldığı xərçəng əməliyyatlarıdır.
  • Radikal mastektomiyada süd vəzisi toxumasının altındakı əzələlər də əməliyyat zamanı çıxarılır (bu metod artıq istifadə edilmir).
  •  Mastektomiya əməliyyatında aparılan kəsik sternum sümüyünün kənarından (döş sümüyü) qoltuqaltına qədər uzanır və dəri altına qoyulan estetik tikişlər sayəsində əməliyyatdan sonra çox nazik bir xətt kimi iz qalır.
  • Mastektomiyadan əvvəl döş rekonstruksiyası üçün əvvəlcədən cərrahınızla danışmalısınız. Bəzi uyğun hallarda mastektomiya ilə eyni seansda yeni döş yaradılması da mümkün ola bilər. Bəzi hallarda isə yeni döş düzəltmək üçün təxminən 1 il gözləmək lazım gələ bilər. Bunun kimi variantların əvvəlcədən düşünülüb planlaması daha yaxşı olacaq.
  • Həkiminiz əməliyyatdan sonra xərçəngin yenidən təkrarlana biləcəyini düşündüyü zaman mastektomiyadan sonra radioterapiyanın aparılması lazım gələ bilər. Radioterapiyanın aparılacağı xəstələrdə də döş rekonstruksiyasının gec dövrdə aparılması doğru olacaqdır.

Add comment

Security code
Refresh

  • Fibroadenomalar süd vəzinin son dərəcə zərərsiz xoş xassəli sişlərindəndir.

    Fibroadenomaların yaranma səbəsi bilinmir, amma daha çox gənc qızlarda və qadınlarda olduğunu bilirik.
    18-25 yaş arası fibroadenomalar tez-tez yaranır. 30-35 yaşdan sonra yenisi yaranmaz.
  • USM ilə içi maye dolu kistalardan asan ayrıla bilər. Təcrübəli mütəxəssis USM həkimi kista ilə fibroadenomanı 100% ayırd edə bilər.

    Təcrübəli mütəxəssis USM həkimi fibroadenoma ilə xərçəngi əsasən ayırd edə bilir.
    Bəzən fibroadenoma ilə xərçəngi bir-birindən ayırd etmək çətin ola bilər.
  • Biz fibroadenoma ilə xərçəngi bir-birindən ayırd edə bilmədiyimiz zaman dəqiq diaqnoz üçün ya iynə biopsiyası edərik, ya da əməliyyat vasitəsilə çıxarırıq.
  • USM-də fibroadenomaya bənzəyirsə, əməliyyat və ya iynə biopsiyasına ehtiyac yoxdur. USM ilə 6 ayda bir izləmək lazımdır.

    USM-də fibroadenomaya bənzəməyən şübhəli kütlələri çıxarmaq və ya iynə biopsiyası ilə nümunə almaq lazımdır.
  • Fibroadenomaları müalicə etmək üçün əməliyyat etmirik, xərçəng ilə qarışmasın deyə əməliyyat edib patoloji-anatomik analizə göndəririk.

    Mütəxəssis bir USM həkimi ilə mamoloq birlikdə izlədiyi xəstənin süd vəzisində fibroadenom, yoxsa xərçəng olduğunu 90% doğru anlayır.
Hal-hazırda :
 25 qonaq saytdadır