bar 1bar 1bar 104 sudvezi xercenqi



Limfa Vəziləri nədir?

Limfa vəziləri vücudumuzdakı bakteriyaları və xərçəng hüceyrələrini yaxalayıb tutan; yəni “filtr kimi işləyən” kiçik orqanlardır. Bədənin bir çox yerinə yayılmışdırlar, ancaq ən çox qoltuq altında, qasıqlarda, boyunda, qarın və döş boşluğunda yerləşmişdirlər.


Növbətçi limfa vəziləri nədir?

 

Növbətçi limfa vəzisi, döş xərçənginin yayılması zamanı qoltuq altında ilk çatdığı limfa vəzi grupudur.

Növbətçi limfa vəzilərinin biopsiyası bədir?  

Sadəcə növbətçi limfa vəzilərini çıxararaq, süd vəzisi xərçəngi hüceyrələrinin qoltuq altına keçib keçmədiyini anlaya bilərik. Beləliklə, xəstənin xərçənginin mərhələsi haqqında məlumat sahibi olmaq və xəstəyə ən uyğun müalicə planını hazırlamaq mümkün olur.

Elmi tədqiqatlar, sadəcə “növbətçi limfa vəzilərinin” çıxarılması ilə əldə edilən xərçəng mərhələsinin tapılmasının, klassik “qoltuq altı əməliyyatı” həyata keçirildiyi zaman əldə edilən məlumatlar qədər doğru və etibarlı olduğunu göstərir.

Klassik qoltuq altı əməliyyatlarının ağırlaşmaları


Qoltuq altı limfa vəzilərinin çıxarıldığı klassik əməliyyatlardan sonra bəzi xəstələrdə keçici çiyin ağrısı, qol ağrısı və qalıcı limfödem (qolda şişmə) ola bilər. Qoltuq altından çıxarılan limfa vəzilərinin sayı artdıqca rastlanan ağırlaşmaların şiddət və müddəti də artır. Əgər sadəcə “növbətçi limfa vəziləri” çıxarılsa, qol və çiyində ortaya çıxa bilən ağırlaşmalar daha az olacaqdır.

Növbətçi limfa vəzilərinin tapılması


Əməliyyatdan əvvəl süd vəzisindəki şiş nahiyəsinə az miqdarda radioaktiv maddə və/vəya metilen mavisi ineyeksiya edilir. Verilən bu maddələr, limfa yollarından “növbətçi limfa vəzilərinə” çatır. Qoltuq altına vurulan 2 sm-lik kiçik və səthi bir kəsikdən mavi rəngə boyanmış olan limfa vəziləri tapılır və çıxarılır. Radioaktiv maddə verildiyi zaman, növbətçi limfa vəzilərinin yerleri daşına bilən kiçik radiasiya müəyyənləşdirici cihazların köməkliyi ilə asanlıqla tapıla bilər.

Növbətçi limfa vəziləri tapılmazsa nə olar?

Nadir hallarda “növbətçi limfa vəziləri” tapılmır. Belə halda klassik qoltuq altı əməliyyatı ilə limfa vəzilərinin hamısı çıxarılmalı və şişin mərhələsi təyin edilməlidir.

Növbətçi limfa vəzilərində xərçəng varsa?


Bəzən növbətçi limfa vəzilərinin əməliyyat zamanı araşdırılması nəticəsində limfa vəzilərində xərçəng hüceyrələrinə rastlana bilər. Xəstənin əvvəlcədən yazılı icazəsi alinmışdırsa, eyni seansda xəstə oyanmadan klassik qoltuq altı əməliyyatı aparılır. Beləliklə, bir neçə həftədən sonra yenidən əməliyyat edilməsinə ehtiyac qalmır. Bu vəziyyət olduqca nadir görülür.

Növbətçi limfa vəzilərinin biopsiyasının faydaları


  • Qol və çiyni daha erkən hərəkətləndirmə və istifadə etmək imkanı.
  • Daha az qol və çiyin ağrısı.
  • Limfödem riski çox azdır.
  • Dren qoymağa gərək yoxdur.
  • Xəstəxanada yatma müddəti və sağalma müddəti daha qısadır.

Comments  

 
-1 #11 Dr Hamdi Koçer 2015-10-29 12:46
Muayene ve tetkik yapmadan buna cevap vermek mümkün değil.

Geçmiş olsun

Quoting sevil:
Salam dr menim anamda bogazinds linfa vezi var 11 ml.yumusaq ustu hamardi.bu ne qeder qorxulu??anagolji xeste sayilir bu??
Quote
 
 
-1 #10 sevil 2015-10-29 12:09
Salam dr menim anamda bogazinds linfa vezi var 11 ml.yumusaq ustu hamardi.bu ne qeder qorxulu??anagolji xeste sayilir bu??
Quote
 
 
0 #9 Dr Hamdi Koçer 2014-01-03 20:37
Bana ulaşmak için 0090 541 411 9000 numaradan arayabilirsiniz . Asistanım Merve hanım açar telefonu. Sizi qabule yazar ve hastanenin adresini verir.

Quoting pervane:
Salam menim anamin 62 yasi var sag sud vezi xercengi dioqnozu qoyulub hec bir yerinde metastaz vermiyib qaninda da cixmayib .sizin muayine ve mualicenizi isteyirik nece randevu ala bilerik.xahis edirem tez cavablandirasin iz gecikmek istemirik.
Quote
 
 
0 #8 pervane 2014-01-03 20:10
Salam menim anamin 1952ci ilde anadan olub .sag sud vezinde xerceng dioqnozu qoyulub butun analizleri yaxsi cixib.gecikmek istemirik sizinle tez bir zamanda randevu alib muayine ve mualicenizi isteyirik .xahis edirik tez bir zamanda cavab yazasiniz biz istambulda hangi hastaneye bas vuralim?
Quote
 
 
+1 #7 pervane 2014-01-03 20:06
Salam menim anamin 62 yasi var sag sud vezi xercengi dioqnozu qoyulub hec bir yerinde metastaz vermiyib qaninda da cixmayib .sizin muayine ve mualicenizi isteyirik nece randevu ala bilerik.xahis edirem tez cavablandirasin iz gecikmek istemirik.
Quote
 
 
+2 #6 Dr Hamdi Koçer 2013-11-19 22:08
İstanbula gelip burada muayene olmanızı meslehet görürüm.

Quoting cavid:
salam. sol qoltuq altinda ilk muayinede 4.71.8sm,3.5*1.5sm,2.9*1.4sm,3.3*1.8sm olculu limfa duyunleriizleni lir.aparilan mualiceden sonra qoltuq altinda limfanin olculeri 3.6*1.4sm ve kicik olculu hamar konturlu,hipoex ogen strktulari bir nece eded limfa duyunleri teyin olunur.Analiz olunan qan numunelerinde xerceng yonumlu hecne tapilmir.hekim meslehet gorur ki, biopsiya olunsun.siz ne meslehet gorursuz????????
HESENOVA MUSGUNAZ BAKI SEHERI 1974-CU IL
Quote
 
 
-1 #5 cavid 2013-11-19 22:02
salam. sol qoltuq altinda ilk muayinede 4.71.8sm,3.5*1.5sm,2.9*1.4sm,3.3*1.8sm olculu limfa duyunleriizleni lir.aparilan mualiceden sonra qoltuq altinda limfanin olculeri 3.6*1.4sm ve kicik olculu hamar konturlu,hipoex ogen strktulari bir nece eded limfa duyunleri teyin olunur.Analiz olunan qan numunelerinde xerceng yonumlu hecne tapilmir.hekim meslehet gorur ki, biopsiya olunsun.siz ne meslehet gorursuz????????
HESENOVA MUSGUNAZ BAKI SEHERI 1974-CU IL
Quote
 
 
+2 #4 Dr Hamdi Koçer 2013-09-07 19:19
Xerçeng diagnozu yoksa, lenf düğümlerini tedavi etmeye ihtiyaç yoktur.

Quoting sebine:
salam , mende qolaltinda limfa duyunleri variidi muaalice olundum,indi sinemde ve cene altinda var limfa duyunleri,emeli yyatsiz mualice ile kece biler?
Quote
 
 
+5 #3 sebine 2013-09-07 16:45
salam , mende qolaltinda limfa duyunleri variidi muaalice olundum,indi sinemde ve cene altinda var limfa duyunleri,emeli yyatsiz mualice ile kece biler?
Quote
 
 
0 #2 Dr Hamdi Koçer 2013-02-27 17:50
[
Daha önceki diagnoz eğer xerçeng ise, elbette korkulacak bir şey var demektir.

quote name="MECIDOVA SERIYYE"]SALAM MENDE QOL ALTI LINFA VEZILERI VAR IDI 3IL BUNDAN QABAQ ONU EMELIYAT ETILER INDI YERINDE WIW YARANMAQA BAWLAYIB QORXULU OLA BILERMI
Quote
 
 
+1 #1 MECIDOVA SERIYYE 2013-02-20 17:52
SALAM MENDE QOL ALTI LINFA VEZILERI VAR IDI 3IL BUNDAN QABAQ ONU EMELIYAT ETILER INDI YERINDE WIW YARANMAQA BAWLAYIB QORXULU OLA BILERMI
Quote
 

Add comment


Security code
Refresh

  • Fibroadenomalar süd vəzinin son dərəcə zərərsiz xoş xassəli sişlərindəndir.

    Fibroadenomaların yaranma səbəsi bilinmir, amma daha çox gənc qızlarda və qadınlarda olduğunu bilirik.
    18-25 yaş arası fibroadenomalar tez-tez yaranır. 30-35 yaşdan sonra yenisi yaranmaz.
  • USM ilə içi maye dolu kistalardan asan ayrıla bilər. Təcrübəli mütəxəssis USM həkimi kista ilə fibroadenomanı 100% ayırd edə bilər.

    Təcrübəli mütəxəssis USM həkimi fibroadenoma ilə xərçəngi əsasən ayırd edə bilir.
    Bəzən fibroadenoma ilə xərçəngi bir-birindən ayırd etmək çətin ola bilər.
  • Biz fibroadenoma ilə xərçəngi bir-birindən ayırd edə bilmədiyimiz zaman dəqiq diaqnoz üçün ya iynə biopsiyası edərik, ya da əməliyyat vasitəsilə çıxarırıq.
  • USM-də fibroadenomaya bənzəyirsə, əməliyyat və ya iynə biopsiyasına ehtiyac yoxdur. USM ilə 6 ayda bir izləmək lazımdır.

    USM-də fibroadenomaya bənzəməyən şübhəli kütlələri çıxarmaq və ya iynə biopsiyası ilə nümunə almaq lazımdır.
  • Fibroadenomaları müalicə etmək üçün əməliyyat etmirik, xərçəng ilə qarışmasın deyə əməliyyat edib patoloji-anatomik analizə göndəririk.

    Mütəxəssis bir USM həkimi ilə mamoloq birlikdə izlədiyi xəstənin süd vəzisində fibroadenom, yoxsa xərçəng olduğunu 90% doğru anlayır.
Hal-hazırda :
 78 qonaq saytdadır