bar 1bar 1bar 104 sudvezi xercenqi
  • Fibroadenomalar süd vəzinin son dərəcə zərərsiz xoş xassəli sişlərindəndir.

    Fibroadenomaların yaranma səbəsi bilinmir, amma daha çox gənc qızlarda və qadınlarda olduğunu bilirik.
    18-25 yaş arası fibroadenomalar tez-tez yaranır. 30-35 yaşdan sonra yenisi yaranmaz.
  • USM ilə içi maye dolu kistalardan asan ayrıla bilər. Təcrübəli mütəxəssis USM həkimi kista ilə fibroadenomanı 100% ayırd edə bilər.

    Təcrübəli mütəxəssis USM həkimi fibroadenoma ilə xərçəngi əsasən ayırd edə bilir.
    Bəzən fibroadenoma ilə xərçəngi bir-birindən ayırd etmək çətin ola bilər.
  • Biz fibroadenoma ilə xərçəngi bir-birindən ayırd edə bilmədiyimiz zaman dəqiq diaqnoz üçün ya iynə biopsiyası edərik, ya da əməliyyat vasitəsilə çıxarırıq.
  • USM-də fibroadenomaya bənzəyirsə, əməliyyat və ya iynə biopsiyasına ehtiyac yoxdur. USM ilə 6 ayda bir izləmək lazımdır.

    USM-də fibroadenomaya bənzəməyən şübhəli kütlələri çıxarmaq və ya iynə biopsiyası ilə nümunə almaq lazımdır.
  • Fibroadenomaları müalicə etmək üçün əməliyyat etmirik, xərçəng ilə qarışmasın deyə əməliyyat edib patoloji-anatomik analizə göndəririk.

    Mütəxəssis bir USM həkimi ilə mamoloq birlikdə izlədiyi xəstənin süd vəzisində fibroadenom, yoxsa xərçəng olduğunu 90% doğru anlayır.