Kistalar, süd vəzisi toxumasının içində yaranan maye ilə dolu olan torbaladır. Bu torbalar əslində genişlənmiş süd kanallarında çox tez-tez rastlanır: bir mərci boyundan qoz boyuna qədər dəyişən genişlik və həcmdə ola bilərlər.


Süd Vəzisi Xərçəngi Nədir?

Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi, “planlı hüceyrə ölümü” programından xaricə çıxıb, idarə edilməz şəkildə çoxalmalarıdır.


Qadınların bəzilərinin süd vəzisi xərçəngi xəstəliyi keçirmiş gohumları ola bilər. Lakin, ailəsində bu xəstəliyin olmamasına baxmayaraq bəzi gadınların da garşılarına bu xəstəlik çıxa bilər, Ata və ana tərəfində bir neçə nəfərdə süd vəzisi xərçəngi olan gohunmların olması ailənin gadınlarında uzun müddətli süd vəzisi xərçənginə imkan yaradan xətalı gen olduğuna işarə sayılır.


Fibroadenoma

Fibroadenomalar, döşün ən tez-tez rastlanan xoş xassəli şişlərdəndir. Ümumi olaraq 20-40 arası yaşlarda görülür, ancaq bəzən daha böyük yaşlarda da çıxabilər. Bütün cəmiyyətdə 10% rastlanır.


Radioterapiya (Şüa Müalicəsi)

Süd vəzi saxlayıcı cərrahiyyəyə təqiblə uyğulanan Radyoterapiyanın məqsədi cərrahiyyədən qalan şiş hüceyrələrini yox etməktir. Beləliklə xərçəngin geri gəlməsi (təkrarlanma, residiv) riski azalır. Aparılmış kliniki araşdırmalar süd vəzisinin cərrahiyyə sonrası təyin olunan Radyoterapiyanın residiv riskinin %30 dən %10 a düşməsini göstərmişdir. Bu səbəblə bütün süd vəzisi cərrahiyyəsi olunan xəstələrə Radioterapiya tətbiq olunur.


Süd Vəzisi Xərçəngi Müalicəsi

Süd vəzisi xərçənginin müalicəsi üçün qrup işi lazımdır. Bu qrupun içində xəstənin əməliyyatını həyata keçirən ümumi, cərrah xemoterapiya tətbiq edən onkoloq, şüa müalicəsini həyata keçirən radiasiya onkoloqu, diaqnoz qoyulmasını təmin edən radioloq və patoloq ilə birlikdə xəstəyə yeni süd vəzisi düzəltmək üçün plastik cərrah olmalıdır.


İynə Biyopsiyası

İynə biopsiyası ən sadə proseduradır. Xüsusi bir iynə ilə şübhəli nahiyədən nümunə almaqdan ibarətdir. Nazik iynə biopsiyası aparıldığı zaman inyektorun yerləşdirildiyi xüsusi bir tapançanın inyektor içində yaratdığı neqativ təzyiq sayəsində toxumadan nümunə almaq mümkündür. Alınan nümunə dərhal boyanıb analiz edilə bilər. Bu metodla alınan nümunə hüceyrə səviyyəsindədir və kiçikdir. Diaqnostika dəyəri nisbətən kiçikdir.


Digital Döş Tomosintezi

“Digital mammoqrafiya və süd vəzisi tomosintezini qarşılaşdırılması haqqında yeni iş üzərində çalışdığım zaman tomosintez vasitəsilə xərçəngin görüntülənməsinin digital mammoqrafiyadan daha üstün olduğunu gördüm; bu da süd vəzisi xərçənginin diaqnostikasında daha yüksək bir həssaslığa sahib ola biləcəyini göstərir.” – Dr. İngvar Andersson, Hospital Universiteti, Malmö, İsveç.


SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 541 411 90 00
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

 Teşvikiye Mah. Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul
BİZİ İZLƏ