İynə biopsiyası ən sadə proseduradır. Xüsusi bir iynə ilə şübhəli nahiyədən nümunə almaqdan ibarətdir. Nazik iynə biopsiyası aparıldığı zaman inyektorun yerləşdirildiyi xüsusi bir tapançanın inyektor içində yaratdığı neqativ təzyiq sayəsində toxumadan nümunə almaq mümkündür. Alınan nümunə dərhal boyanıb analiz edilə bilər. Bu metodla alınan nümunə hüceyrə səviyyəsindədir və kiçikdir. Diaqnostika dəyəri nisbətən kiçikdir.
DƏQİQ DİAQNOZ ÜÇÜN BİRİNCİ ADDIM – BİOPSİYA
Döşünüzdə ələ gələn kütlə, mammoqrafiyada şübhəli sahə olduğu zaman bunun dəqiq diaqnozu üçün ancaq o nahiyədən alınan nümunə toxumanın analizi ilə mümkündür. Toxuma nümunəsi almaq – biopsiya, alınan nümunənin mikroskop altında analizi və diaqnozunun qoyulmasına patoloji analiz deyilir. Biopsiya əməliyyatxana şəraitində cərrahi metodlar ilə həyata keçiriləcəyi kimi, o nahiyəyə sadə bir iynə vurularak da nümunə alına bilər.
Qalın iynə biopsiyası isə xüsusi avtomatik toxuma iynələri ilə aparılır. Burada şübhəli toxumadan daha böyük hissə alma şansı vardır. Diaqnostika dəyəri çox yüksək və müvəffəqiyyətli bir metoddur.
Bu metodun üstünlükləri, sadə, ucuz, sürətli və etibarlı olmasıdır. Uzun müddət istəyən və qarışıq boyama texnikalarına ehtiyac olmadığına görə diaqnozun dərhal qoyula bilmə şansı vardır. Bu üstünlüklərdən başqa bəzi mənfi cəhətləri də var: heterogen kütlələrdə, nümunə kütlənin içindən alınmasına baxmayaraq, bütün kütləni təmsil etməyə bilər. Bu halda yalançı nəticələr çıxır. Yəni, əgər xəstədə bəd xassəli şiş varsa, bu hiss edilməyə bilər. İynə biopsiyasının mənfi cəhəti diaqnostikanın etibarlılığının xüsusilə homogen olmayan kütlələrdə nisbətən az olmasıdır. Bir mənfi cəhəti də, kütlə yerində qaldığı üçün, biopsiyanın sadəcə nümunə almaqdan ibarət olub, müalicə edici bir xüsusiyyət daşımamasıdır.
Qalın iynə biopsiyası sadə rahat və etibarlı bir diaqnostik metoddur.
İynə biopsiyası prosedurası ambulator şəraitdə aparılır, bunun üçün xəstəxanada qalmağa ehtiyac yoxdur. Sadəcə iynə biopsiyası aparılacaqsa, başqa bir analiz aparılmayacaqsa, xəstənin ac gəlməsinə də ehtiyac yoxdur. Proseduradan sonra sarğıya və gündəlik həyat praktikasında hər hansı bir dəyişikliyə ehtiyac yoxdur.