SÜD VƏZİ XƏRÇƏNGİ

Süd vəzi xərçəngi təsdiqləndi – müalicəyə necə başlanmalıdır?

Bakıda sizə süd vəzi xərçəngi diaqnozu qoyula bilər. Bunun üçün sizə müalicə vəya əməliyyat məsləhət görülmüş ola bilər. Bu xəstəlikdən qurtulma şansı var. Ən önəmlisi bu xəstəliyin müalicəsi var.

Bu diaqnozu Türkiyədə yenidən dəqiqləşdirə bilərsiniz. Diaqnoz doğru olduğu halda sizi necə bir müalicə gözlədiyini və müalicənin gedişatını da bizrən öyrənə bilərsiniz. Bunun üçün bizimlə əlaqə saxlayıb İstanbula gəlməniz kifayətdir.

Süd vəzi xərçəngi diaqnozu qoyuldu, indi nə olacaq?

Süd vəzi xərçəngi təsdiqləndikdən sonra müalicəyə ya əməliyyatla, ya da kimyaterapiya ilə başlanılır. Bu qərar təsadüfi verilməməlidir – əksinə, bu müalicənin uğurlu olub-olmayacağını təyin edən ən kritik mərhələdir.

Bu mərhələ – binanın təməli kimidir: Əgər təməl düzgün atılmazsa, bina ya daimi olmur, ya da gec-tez çökür.

Bu vəziyyət, bir köynəyin düymələrini bağlamağa da bənzəyir – ilk düyməni səhv bağlasanız, sona çatanda görürsünüz ki, gömlek əyridir, heç cür düz oturmur.

Əvvəl əməliyyat, yoxsa kimyaterapiya?

Bu qərarın düzgün verilməsi üçün həkim vicdanla və xəstənin sağlamlığını əsas tutaraq qərar verməlidir. Təəssüf ki, bəzi ölkələrdə əgər xəstə əvvəlcə cərraha müraciət edirsə, dərhal əməliyyat təklif olunur. Əgər ilk öncə onkoloqa gedirsə, o da hər hal üçün kimyaterapiya məsləhət görə bilər. Bu yanaşma səhvdir.

Yadda saxlayın: Xəstəyə uyğun müalicə üsulu – yoluxmanın mərhələsinə görə təyin edilməlidir, həkimin ixtisasına görə yox!

Biz necə qərar veririk?

İstanbulda biz onkoloqla birlikdə işləyirik. Bəzən qərarı mən verirəm, bəzən onkoloq, çox vaxt isə birgə məsləhətləşərək qərara gəlirik.

Qərar necə verilir?

  • I və II mərhələ: Əməliyyatla başlanılır.
  • III mərhələ: Onkoloqla birgə qərar verilir – vəziyyətdən asılıdır.
  • IV mərhələ: Əməliyyat edilməz. Əvvəlcə kimyaterapiya verilməlidir.

Azərbaycan’da sizə diaqnoz qoyulubsa…

Əgər sizə süd vəzi xərçəngi diaqnozu qoyulubsa, müalicəyə başlamazdan əvvəl bu qərarın necə və nəyə əsasən verildiyini düşünün. Əmin deyilsinizsə – bizi axtarın, online görüş təşkil edək, sizə yol göstərək, dəstək olaq.

İmkanınız varsa: İstanbula gəlib müalicəni bizim komandamızla etibarla və düzgün şəkildə başlaya bilərsiniz.

Bu mövzu ilə maraqlanırsınızsa, aşağıdakı səhifələr də sizin üçün çox faydalı ola bilər:

Azərbaycandan fərqli olaraq süd vəzinin tamamını almadan əməliyyat edə bilərik. Əməliyyatınıza mütləq patologiya mütəxəssisi girib şişin tamamən alındığını bizə raport edər. Qoltuqaltı linfalar təmiz isə onları almağa gərək qalmaz. Türkiyənin ən yaxşı onkoloqları əməliyyat sonrası sizin ehtiyacınız olan müalicəyi planlayar. İstərsəniz ximyaterapiyani və şüa müalicəsini də burda etdirə bilərsiniz.


Dəqiq diaqnoz və doğru müalicə üçün bizə güvənə bilərsiniz

 

 



Onlayn Konsultasiya Haqqında Önəmli Qeydlər

SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

BİZİ İZLƏ