Bakıda süd vəzi əməliyyatı – doğrudanmı lazımdır?
Bəzi hallarda əməliyyat əslində vacib olmaya bilər
Niyə bəzən lazımsız əməliyyatlar edilir?
Bəzi ölkələrdə və xüsusilə tibbi diaqnostika texnologiyalarının hələ inkişaf etmədiyi yerlərdə, dəqiq diaqnoz qoymaq çətin ola bilər. Həkim, əlində olan analizlərə və görüntülərə tam əmin olmadıqda, səhv ehtimalını azaltmaq üçün ehtiyatlı davranaraq əməliyyatı seçə bilər.
Tibbi şərait inkişaf etmiş ölkələrdə necədir?
Əgər bir ölkədə sağlamlıq sistemi inkişaf etmişsə, müasir texnologiyalarla yaxşı və bəd xassəli xəstəliklərin fərqləndirilməsi daha dəqiq və etibarlı şəkildə aparılır. Belə hallarda, həkimlər çox zaman əməliyyat qərarını təxirə salır, əvəzində xəstəni nəzarətdə saxlamağı və izləməyi üstün tuturlar.
Əməliyyata qərar verməzdən əvvəl nə etməlisiniz?
Əgər sizə əməliyyat təklif edilibsə, ilk olaraq sizə qoyulan dəqiq diaqnozu anlamağa çalışın. Heç bir konkret diaqnoz olmadan əməliyyat qərarı qəbul etməyin.
Dəqiq diaqnoz üçün əməliyyata ehtiyac yoxdur
Xüsusilə süd vəzi xərçəngi kimi hallarda, iynə ilə biopsiya (tru-cut) kimi sadə, ucuz və təhlükəsiz üsullar mövcuddur. Bu testlərlə dəqiq diaqnoz qoymaq mümkündür, və əksər hallarda əməliyyatdan əvvəl istifadə edilməlidir.
Lazımsız əməliyyat təkcə maddi itki deyil
Əməliyyatın tibbi baxımdan əsassız olması, yalnız maddi baxımdan yük deyil, həm də gələcək müalicə və hüquqlarınız baxımından ciddi nəticələrə səbəb ola bilər. Yəni, bir dəfə aparılmış ehtiyac olmayan əməliyyat, sizin digər müalicə variantlarını məhdudlaşdıra bilər.
Nəticə
- Əməliyyat qərarı almadan əvvəl dəqiq diaqnoz qoyulub-qoyulmadığını öyrənin.
- Əgər hələ diaqnoz qoyulmayıbsa, əməliyyata razılıq verməyin.
- Tru-cut biopsiya kimi üsullarla ilkin mərhələdə riskləri dəqiq qiymətləndirmək mümkündür.
Bugünə qədər Azərbaycanda və Türkiyədə təxminən 3000ə yaxın qadın xəstə müayinə etmişəm. Bu xəstələrdən yarısına Bakıda əməliyyat olmalısınız demişdilər. Bu xəstələrin içində əməliyyata ehtiyacı olan 300ə yaxın xəstə belə yox idi. Xəstələrin 90 faizinə əməliyyata ehtiyac yox idi. Mastopatiya,kistalar hətta fibroadenomaların çoxuna əməliyyat gərəkməz. Çünki süd vəzinin əməliyyat gərəktirən tək xəstəliyi süd vəzi xərçəngidir.
Bakıda dəqiq diaqnozlar üçün imkanlar yetərsiz olduğundan həkimlər kəsib atmağı seçirlər. Süd vəzi hər qadın üçün çox önəmli orqandır. Heç bir qadın gərəksiz yerə kəsilməsinə razı olmaz.
Gərəksiz edilən süd vəzi əməliyyatlarından sonra qadınlar körpələrinə süd verəmməz. Çünki süd axarları kəsilmişdir. Süd yıgılar qadına çox çətin olar həm də körpə ana südü alammaz. Həm də bu əməliyyat izi yəni çapıq mamoqrafiya və uzidə həkimi yanılda bilər.
Boş yerə edilən əməliyyatlar sadəcə gərəksiz deyil eyni zamanda zərərlidir. Sizə də əməliyyat dedikləri zaman öncə istanbula gəlib müayinələrinizi etdirib sonrasında əməliyyata ehtiyacın olub olmadığını dəqiq öyrənin.
Bizə güvənə bilərsiniz!