SÜD VƏZİ XƏRÇƏNGİ

Niyə İllərdir Azərbaycanlı Xəstələr Mənə Güvənir?

Niyə İllərdir Azərbaycanlı Xəstələr Mənə Güvənir?

AZƏRBAYCANLI XƏSTƏLƏRLƏ KEÇƏN İLLƏR

Mən Dr. Hamdi Koçer. Uzun illər Azərbaycanlı qadınların süd vəzi xəstəlikləri, şübhəli diaqnozlar, biopsiya qərarları və süd vəzi xərçəngi müalicələri ilə məşğul oldum.

Azərbaycanda çalışdığım illərdə minlərlə qadınla tanış oldum. Onların qorxularını, tərəddüdlərini və doğru diaqnoz axtarışını yaxından gördüm.

Mənim üçün ən vacib məsələ: dəqiq diaqnoz

Süd vəzi xəstəliklərində ən böyük səhv, xəstəni qorxutmaq və tam təsdiqlənməmiş diaqnozla əməliyyata yönləndirməkdir.

Mənim tibbi yanaşmam hər zaman eyni olub:

  • Əvvəl düzgün müayinə,
  • sonra doğru görüntüləmə,
  • lazım gələrsə biopsiya,
  • və yalnız bundan sonra müalicə qərarı.
DİAQNOZ SƏNƏDLƏ TƏSDİQLƏNMƏLİDİR

Süd vəzi xərçəngi kimi ciddi bir diaqnoz yalnız şübhə ilə qoyulmaz. Patoloji nəticə, biopsiya və düzgün görüntüləmə olmadan xəstəyə “xərçəng” demək doğru deyil.

Gereksiz qorxu və gereksiz əməliyyatlara qarşı oldum

Azərbaycanda çalışdığım dövrdə ən çox gördüyüm problemlərdən biri, bəzi qadınların “mastopatiya”, “kista” və ya “şiş” sözləri ilə çox qorxudulması idi.

Halbuki mastopatiya çox zaman süd vəzinin normal hormonal dəyişiklikləri ilə əlaqəlidir. Hər kista əməliyyat demək deyil. Hər ağrı xərçəng demək deyil.

HƏR ŞİŞ XƏRÇƏNG DEYİL

Amma hər şişin nə olduğunu bilmək lazımdır. Doğru yanaşma xəstəni qorxutmaq deyil, dəqiq diaqnoz qoymaqdır.

2000 xəstədən yalnız təxminən 100-də gerçək xərçəng aşkar etdik

Azerbaycanlı xəstələrlə işlədiyim illərdə mənə 2000-dən çox qadın müraciət etdi. Bu xəstələrin böyük hissəsi süd vəzi ağrısı, kista, şiş və ya xərçəng şübhəsi ilə gəlirdi.

Bu xəstələrin yalnız təxminən 100-də gerçək süd vəzi xərçəngi aşkar etdik. Yerdə qalan çox sayda qadının isə lazımsız əməliyyata və ya ağır qorxuya ehtiyacı olmadığını gördük.

BU MƏNİM ÜÇÜN ÇOX VACİB BİR HƏKİMLİK PRİNSİPİDİR

Əgər xəstədə xərçəng yoxdursa, ona xərçəng xəstəsi kimi davranmaq doğru deyil. Əgər xəstədə xərçəng varsa, vaxt itirmədən ən doğru müalicəni planlamaq lazımdır.

Niyə bəzi xəstələr hələ də İstanbula gəlir?

Çünki xəstələr yalnız əməliyyat deyil, güvən axtarır. Öz diaqnozundan əmin olmaq istəyir. Ona deyilən əməliyyatın həqiqətən lazım olub-olmadığını bilmək istəyir.

Xüsusilə Azərbaycanlı xəstələr üçün mənim üstünlüklərim bunlardır:

  • Azərbaycanlı xəstələrin tibbi sistemini və narahatlıqlarını yaxşı tanımağım,
  • Azərbaycan türkcəsini anlamağım və danışmağım,
  • illərlə Azərbaycanlı qadınlarla çalışmış olmağım,
  • gereksiz əməliyyatlardan qaçan yanaşmam,
  • süd vəzi xərçəngində meməni qoruyan müasir cərrahi prinsiplərim,
  • dəqiq diaqnoza və biopsiyaya verdiyim əhəmiyyət.

Azərbaycandakı fəaliyyətim niyə davam etmədi?

Azərbaycanı və Azərbaycanlı xəstələri çox sevdim. Orada işlədiyim illər mənim üçün çox qiymətli oldu.

Lakin bəzi çətinliklər səbəbilə Azərbaycandakı fəaliyyətimi davam etdirə bilmədim. Mənim üçün əsas məsələ, hər zaman müasir, sərbəst və sübuta dayalı tibbi yanaşmanı qorumaq idi.

AZƏRBAYCANLI XƏSTƏLƏRLƏ ƏLAQƏM HEÇ VAXT KƏSİLMƏDİ

Bu gün də Azərbaycanlı xəstələrimi İstanbulda qəbul edir, online konsultasiya ilə ikinci fikir verir və lazım gəldikdə müayinə, biopsiya və əməliyyatlarını planlayıram.

Bu gün xəstələrimizi İstanbulda qəbul edirik

Hazırda xəstələrimizi Türkiyənin ən inkişaf etmiş onkoloji mərkəzlərindən biri olan Gayrettepe Florence Nightingale Xəstəxanasında müayinə edir, diaqnoz qoyur və müalicə edirik.

Süd vəzi xəstəliklərində məqsədim yalnız əməliyyat etmək deyil. Əsas məqsəd:

  • doğru diaqnoz qoymaq,
  • gereksiz əməliyyatdan qaçmaq,
  • lazım olan xəstədə gecikmədən müalicəyə başlamaq,
  • mümkün olduqda meməni və qoltuqaltı limfa düyünlərini qorumaqdır.
ONLINE İKİNCİ FİKİR ALA BİLƏRSİNİZ

Əgər sizə süd vəzi xərçəngi deyilibsə, əməliyyat təklif edilibsə, biopsiya nəticəniz varsa və ya diaqnozdan əmin deyilsinizsə, evraklarınızı göndərərək online konsultasiya ala bilərsiniz.

Online konsultasiya təxminən 30 dəqiqə davam edir. Əgər İstanbula gəlməyiniz lazım olarsa, bunu daha planlı və iç rahatlığı ilə edə bilərsiniz.

Online konsultasiya haqqında ətraflı məlumat

Media və müsahibələr

Azərbaycanda çalışdığım illərdə süd vəzi xəstəlikləri, mastopatiya, kistalar, lazımsız əməliyyatlar və dəqiq diaqnoz mövzularında müxtəlif media orqanlarına açıqlamalar verdim.

Azərbaycanlı xəstələr üçün mesajım

Süd vəzi xəstəliklərində qorxmaq deyil, doğru diaqnoz almaq lazımdır.

Hər kista xərçəng deyil. Hər ağrı təhlükəli deyil. Hər şiş əməliyyat demək deyil. Amma hər şübhəli vəziyyət diqqətlə araşdırılmalıdır.

ƏN DOĞRU YOL: DƏQİQ DİAQNOZ, DOĞRU MÜALİCƏ

Əgər sizə əməliyyat təklif edilibsə, xərçəng deyilibsə və ya nəticələrinizdən əmin deyilsinizsə, ikinci fikir almaq sizi gereksiz qorxudan da, gecikmiş müalicədən də qoruya bilər.

ƏLAQƏ VƏ RANDEVU

Online konsultasiya, İstanbulda müayinə və ya əməliyyat planlaması üçün Dr. Hamdi Koçerin xüsusi asistanı Merve Ay Arslan ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.

WhatsApp: 0090 541 411 9000



Onlayn Konsultasiya Haqqında Önəmli Qeydlər

SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

BİZİ İZLƏ