Süd Vəzi Əməliyyatı Olmadığınız Həqiqətən Lazımdırmı?

Süd vəzi əməliyyatları dünyada ən çox həyata keçirilən əməliyyatlardır. Əslində isə bunların çoxuna ya ehtiyyac yoxdur, yaxud da gərəksiz yerə həyata keçirilməkdədir.

Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.

Həkim ilk öncə müayinə üçün müraciət edən hər bir xəstədə süd vəzi xərçəngi olub-olmadığını araşdırmalıdır. Süd vəzi xərçəngi yoxdursa, əməliyyata da ehtiyyac yoxdur.

Süd vəzisi xərçənginin ilkin diaqnozu (erkən diaqnoz) süd vəzisi ultrasəsi və mamoqrafiyası ilə qoyulur. Lakin ilkin və erkən diaqnoz əməliyyat etmək üçün kifayət deyildir. Əməliyyat etmək üçün diaqnozu dəqiqləşdirmək və təsdiqləmək lazımdır. Bunun isə ən sadə yolu "iynə biopsiyası"dır.

soru 00

İynə biopsiyası xəstəxana şəraitində yerli keyitmə ilə həyata keçirilən ağrısız və təhlükəsiz bir üsuldur. Doğruluğu 100 %-ə yaxındır və biopsiyadan sonra 2 gün ərzində dəqiq diaqnoz cavabını əldə etmiş olarsınız. Əgər biopsiya cavabında süd vəzi xərçəngi təsdiqlənməyibsə, qorxmağa və əməliyyata ehtiyyac yoxdur.

Süd vəzi xərçəngi xərçəng olaraq yaranar və xərçəng kimi davam edər. Süd vəzisinin heç bir xoşxassəli xəstəliyi sonradan xərçəngə çevrilməz. Süd vəzisində olan kistalar, fibroadenoma və mastopatiya adlanan süd vəzisi ağrısı heç bir zaman xərçəngə çevrilməz.

Əgər sizə hansısa bir həkim süd vəzisi əməliyyatı etmək istərsə, mütləq bizə zəng edin. Bəlkə də əməliyyata ehtiyyac yoxdur.



SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 541 411 90 00
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

 Teşvikiye Mah. Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul
BİZİ İZLƏ