ERKƏN DIAQNOZ ÜÇÜN ILLIK MÜAYINƏLƏR VACIBDIR

Qadın sağlığının vacib olduğu inkişaf etmiş ölkələrdə,müəyyən bir yaş aralığındakı sağlam qadınlarda xəstəliyin qarşısını almaq üçün mammoqrafiya (süd vəzi rentgeni) istifadəsini təşkil edən programlar var.

Bu programların məqsədi əl ilə hiss edilə bilən xərçəng xəstəliyinin inkişaf etmədən öncə şübhəli süd vəzisi pozuntularını aşkara çıxarmaqdır. Müayinədən keçən əhalinin 10%-də irəli mərhələli xərçəng xəstəliyi aşkar olunur. Araşdırmalarda süd vəzi xərçənginin erkən diaqnozunun xəstəliyə bağlı olaraq ölüm riskini azaltdığını göstərməkdədir. Müdafiyə məqsədli davamlı mammoqrafiyalar müalicənin vaxtında başlanılmasına köməkçi olurlar. Xəstəliyin erkən mərhələsində müalicə daha asandır və əsasən,yaxşı nəticə əldə olunur. İnkişaf etmiş ölkələrdə süd vəzisi xərçənginin görülmə sıxlığı artarkən bu xəstəlikdən ölümlər ciddi formada azalmağa başlamışdır.

İllik izləmələr nə üçün vacibdir?

Xəstəlik nə qədər tez bir mərhələdə aşkarlansa, tamamilə sağalma şansı da o qədər böyükdür. Birinci və ikinci mərhələdə müalicə əməliyyatla başlanır və bu faiz 86-95%  təşkil edir. Üstəlik süd vəzisini götürmək lazım deyil, sadəcə şişi götürərək asanlıqla uğurlu bir müalicə edilə bilər. Birinci mərhələdə olan xəstələrin qoltuqaltı limfalarını götürməyə ehtiyac yoxdur. Bu xəstələrin bir hissəsində əməliyyatdan sonra kimya da lazım olmur. Beləliklə, tez diaqnoz xəstənin həyatının xilas olması deməkdir. Erkən diaqnoz üçün yeganə şərt davamlı olaraq illik control müayinələrdir. Bütün qadınlara xüsusilə 40 yaşından sonra hər il mütləq mammoqrafiya və ultrasəs müayinəsindən keçmələrini tövsiyə edirik. Bu şəkildə xəstəliyi 1 sm belə olmadan aşkarlama şansımız var. İllik kontrollar müayinələrin etibarlı bir yerdə aparılması da çox önəmlidir. Mammoqrafiya və ultrasəs müayinəsi nəticəsi bir-birini tamamlayan müayinələrdir. Buna görə də eyni həkim – radioloq tərəfindən edilməlidir. Mammoqrafiya bir həkim, ultrasəs müayinəsini başqa bir həkim etdikdə doğru diaqnoz və erkən diaqnoz şansı azalır.

Bütün qadınlara ilk dəfə 25 yaşında bir ultrasəs müayinəsi keçirmələrini tövsiyə edirəm. Daha sonra 30 yaşından 40 yaşına qədər hər il ultrasəs müayinəsi və 40 yaşından sonra da hər il mammoqrafiya və ultrasəs müayinəsi həyat xilas edir. Qadının yaşı 65 olduqdan sonra illik control müayinələrə ehtiyac yoxdur. Ancaq bir şikayəti yaranarsa, həkimə müraciət edə bilər.

Həm Türkiyədən, həm də Azərbaycandan hər il davamlı olaraq süd vəzisi izləmələrini apardığım onlarla xəstələrim var. Bu qadınların heç birinin gələcəkdə süd vəzisi xərçəngi olma riskini bəlkə də azalda bilmərəm, lakin əgər xəstələnsələr, hər hansı birini bu xəstəlikdən itirəcəyimizi düşünmürəm. Bunu dəqiq şəkildə demək olar.



SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

BİZİ İZLƏ